Xəbər lenti


Çin Xalq Respublikasının Müdafiə Nazirliyi Pentaqonun rəsmi Pekinin hərbi ambisiyaları ilə bağlı hazırladığı yeni hesabatını sərt şəkildə tənqid edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ÇXR Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik U Tzyan hesabatı Çinin hədəflərinin “mənasız təhrifi” adlandırıb.

Onun sözlərinə görə, məhz ABŞ beynəlxalq düzənə və bütün dünyada bərqərar olan sülhə yönəlik ən böyük təhlükə sayılmalıdır.
“Birləşmiş Ştatların İraq, Suriya, Liviya və digər ölkələrdə fəaliyəti son 20 ildə 800 mindən çox insanın ölümünə, milyonlarla şəxsin doğma yurdlarını tərk etməsinə gətirib çıxarıb”, - deyə, bəyanata bildirilir.

Qeyd etmək lazımdır ki, ABŞ Müdafiə Nazirliyinin sözügedən sənədi bu ilin sentyabr ayının 2-də Konqresə təqdim olunub. Burada Çinin hərbi ixtiraları və hədəflərindən bəhs olunub, kommunist rejimin ABŞ-ın milli təhlükəsizliyinə, habelə beynəlxalq hüquq normaları ilə təsbit olunan düzənə və onun qaydalarına təhdid olduğu vurğulanıb.

Sənədin tərtibatçıları Çinin 3 hərbi sahədə üstünlük qazandığını qeyd ediblər. Burada ÇXR-in ABŞ-ı yerüstü qanadlı və ballistik raketlərin istehsalında ötüb keçdiyinə diqqət çəkilir.

Belə ki, Çin artıq 500 km-dən 5,5 min km-lik məsafəni vura biləcək 1250 raketə malikdir. Bununla müqayisədə ABŞ-ın yerüstü raketləri sadəcə 70 km-dən 300 km-ə qədər olan məsafəyə çata bilir. ABŞ-ın bu sahədə geri qalmasının əsas səbəbi isə Rusiya (SSRİ) ilə 1987-ci ildə imzalanan Orta və kiçikmənzilli raketlərin ləğvi haqqında sazişlə qoyulan məhdudiyyyətlərdir.

Xatırladaq ki, 2019-cu ilin fevral ayında Birləşmiş Ştatların prezidenti Donald Tramp həmin sazişdən birtərəfli qaydada çıxdığını bəyan edib.





Ana səhifəyə qayıt        Baxış: 2 485          Tarix: 13-09-2020, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma