Xəbər lenti


Rusiya Müdafiə naziri Sergey Şoyqu NATO-nun yenidən soyuq müharibə illərinə geri qayıtmaq istədiyi fikrini irəli sürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu iddiasını “Ordu oyunları-2020” beynəlxalq yarışının sonuncu günündə dilə gətirib.
Nazir NATO-da artıq belə bir əhval-ruhiyyənin hakim olduğunu qeyd edib.

Şoyqunun sözlərinə görə, Şimali Atlantika Müqavilə Təşkilatında Rusiyanın “müstəqil siyasət yürütməsindən, onun qlobal strateji məsələlərdə iştirakından, habelə münaqişələrin həllində vasitəçilik rolu oynamasından olduqca narazıdır.

Sergey Şoyqunun iddiasına əsasən, “Rusiyanın artan beynəlxalq avtoriteti” BRİKS kimi bütün qlobal inteqrasiya birliklərinin inkişafına stimul verib.

“Bütün bunlar Qərb tərəfindən onun liderliyinə, SSRİ-nin dağılmasından sonra dünyanın təkqütblü düzəninə təhdid kimi qəbul olunur”, - deyə, Rusiya Federasiyası Müdafiə nazirinin bəyanatında deyilir.



Ana səhifəyə qayıt        Baxış: 2 750          Tarix: 6-09-2020, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma