Suriyada Rusiya Hava-Kosmik Qüvvələrinin əməliyyat bölgəsinə girən təyyarələr birbaşa məhv edilməyəcək.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç çıxış edib.
"Hər hadisə üçün ayrı-ayrı olaraq qərar qəbul olunacaq, ancaq təcavüzkarlıq aktı olması vəziyyətində sözügedən təyyarələr sərt şəkildə xəbərdarlıq ediləcək", - Klintseviç söyləyib.
Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Rakka səmasında İŞİD-ə zərbə endirən Suriya qırıcısını vurmasından sonra Rusiya Müdafiə Nazirliyi sərt açıqlama yayıb. Açıqlamada ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqdan imtina edildiyi bildirilib və Fərat çayının qərbinə keçən koalisiyaya məxsus təyyarə və uçan aparatların Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində olacağı vurğulanıb.
Paylaş: