Rusiya ABŞ-la bağladığı “Suriya hava sahəsində qəzaların qarşısını almaq memorandumu”nu ləğv edib.
Ovqat.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirlik bu qərarını ABŞ-ın memoranduma uymaması ilə əsaslandırıb və dəlil olaraq onun bu gün Suriyaya aid Su-22 təyyarəsini vurmasını göstərib.
Rusiya Silahlı Qüvvələrinin rəsmi açıqlamasına görə, ABŞ döyüş təyyarəsini rus ordusunu xəbərdarlıq etmədən vurub. Koalisiya qüvvələri isə bu sabah yaydığı rəsmi açıqlamada əksini irəli sürərək, Rusiyanı əvvəcədən məlumatlandırdığını bildirmişdi.
Mütəxəssislər bundan sonra hər iki dövlətin Suriya hava sahəsində bir-biriylə təhlükəli “didişmələrə” gedəcəyindən ehtiyat edirlər. Yarana biləcək hər hansı insident isə ciddi gərginliklərə yol aça bilər.
Paylaş: