Xəbər lenti


“Çanhom” tayfunun yaxınlaşması səbəbilə Yaponiyada azı 141 daxili aviareys ləğv edilib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Qrafikdə dəyişikliklər əsasən, ölkənin cənub-qərbindəki Küsü adasını respublikanın digər bölgələri ilə birləşdirən marşrutlara aiddir. Dəmir yolu nəqliyyatı əvvəlki qaydada işləyir, lakin operator şirkətlər qatarların hərəkətinə məhdudiyyətlər tətbiq olunacağını istisna etmir.

Tayfun indi Yaponiyadan cənubda, Sakit okeandadır və şimal-şərqə doğru hərəkət edir.

Onun mərkəzi hissəsində küləyin sürəti 35 metr/saniyəyə çatır. Tropik fırtınanın təsiri səbəbindən bəzi bölgələrdə güclü yağışlar yağır.

Meteoroloqlar tayfunun şənbə günü ölkənin qərb hissəsinə yaxınlaşıb sonra Tokionun cənubundan keçə biləcəyini, ancaq birbaşa Yaponiya ərazisinə daxil olmayacağını düşünür./Report.az




Ana səhifəyə qayıt        Baxış: 943          Tarix: 9-10-2020, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma