Xəbər lenti


Amerika Bİrləşmiş Ştatlarının prezidenti Donald Tramp bu iln noyabr ayın 3-də keçiriləcək prezident seçkilərində əsas rəqibi olan keçmiş vitse-prezident Co Bayden, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Tzinpin və Şimali Koreya lideri Kim Çen Inın ağıl və bacarıq səviyyələri arasında müqayisə aparıb.

 Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, Donald Tramp xarici siyasətdəki rəqiblərinin intellektual bacarığını yüksək səviyyədə qiymətləndirib və onların “100%-lik kəskin ağıla sahib olduqlarını” söyləyib.

 “Lakin Birləşmiş Ştatlaırn prezidenti olmaq istəyən birisi üçün bunu söyləmək olmaz”,-deyə Donald Tramp Co Baydeni nəzərdə tutaraq bildirib.
“Onun nəinki 100%, hətta 80%, 60% səviyyəsində beyni yoxdu”-deyə prezident fikrini yekunlaşdırıb.



Ana səhifəyə qayıt        Baxış: 2 668          Tarix: 13-10-2020, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma