Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib: “Məncə, mən Rusiyanın Oval Kabinetdə görmək istədiyi axırıncı adamam. Çünki heç kim Rusiyaya qarşı mənim qədər sərt olmayıb”.

Tramp vəzifə başına gəldiyi gündən indiyə qədər Rusiya və Çinə qarşı sərt addımlar atıldığına işarə vuraraq dyib: “Çin də Donald Trampın Yuxucul Co Baydenə uduzduğu seçkiləri görsə, çox sevinər. Bayden prezident seçilsə, Çin ölkəmizə sahib olar”.
“Yenidən prezident seçilsəm…”

İranın da onu prezident olaraq görmək istəmədiyini vurğulayan Tramp deyib: “Yenidən prezident seçilsəm, İran və Şimali Koreya ilə sürətli razılaşmalar əldə edəcəyəm…”

Tramp adını çəkdiyi 3 ölkənin seçkilərə müdaxilə eləməyə çalışdığı iddiaları ilə də yaxından məşğul olacaqlarını vurğulayıb.





Ana səhifəyə qayıt        Baxış: 3 000          Tarix: 8-08-2020, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma