Xəbər lenti


Əfqanıstanın təhlükəsizlik qüvvələri üç gün əvvəl Parvan əyalətində bir qrup silahlı tərəfindən oğurlanmış iki həkimi xilas edib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Əyalətin Polis Departamentinin mətbuat katibi Səlim Nuri bildirib ki, silahlılar Bahram rayonunda xəstəxanadan iki həkimi oğurlayıblar. Əfqanıstanın təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində oğurlanan şəxslər azad edilib.

Onun sözlərinə görə, silahlılar həkimləri Kapisa əyalətinin Şoxi rayonunda saxlayıblar. Həkimlərin həyatı üçün təhlükə aradan qalxıb.



Ana səhifəyə qayıt        Baxış: 1 285          Tarix: 1-01-2021, 22:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma