Xəbər lenti


Ukrayna Silahlı Qüvvələrində hərbi rütbələr NATO standartlarına uyğunlaşdırılır.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla bağlı müdafiə naziri Andrey Taran əmr imzalayıb.

Əmrə əsasən, Silahlı Qüvvələrdə NATO hərbi rütbə kodlarına keçid təmin edilir.

“Məlum qərar sovet tipli karyera idarəetmə sisteminin aparıcı dövlətlərin qəbul etdiyi müasir sistemə dəyişdirilməsi üçün verilib”, – deyə qeyd olunub.

Qeyd edək ki, Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı qanun Ali Rada tərəfindən 2020-ci ilin iyununda qəbul olunub.



Ana səhifəyə qayıt        Baxış: 1 374          Tarix: 6-01-2021, 19:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma