Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, yaxın gələcəkdəki hadisələr barəsində anons vermələri ilə daim gündəmdə olan “Simpsonlar” serialı keçmişdə Beyrutdakı partlayışın, koronavirus epidemiyasının bənzərlərinin göstəriməsi kimi hadisələrlə daim maraq obyekti olaraq qalıb.

ABŞ-da “2021- daxili müharibə” etiketi ilə yayılan “Tvitter” paylaşmalarında “Simpsonlar” filmində 20 yanvar 2021-ci ildə Homer Simpsonun viran qalmış şəhərin və nəhəng robotların fonunda bir evin damında əlində silahla gözlədiyi vəziyyəti paylaşılıb –  o, filmdə bəşəriyyətin xilasının yeganə ümidi olaraq təqdim edilir. 20 yanvar isə Trampın Prezident vəzifəsini Baydenə təhvil verəcəyi gündür.

Həmçinin, Konqresin binasında daxil olan, başında dəbilqə olan nümayişçinin görüntüsü ilə yenə “Simpsonlar” filmində üzərində “vali” yazılan lent olan dəbilqəli adamın qoşa şəkilləri sosial mediada paylaşılıb.

Sosial mediada ən çox paylaşılan qoşa təsvirlərdən biri də Konqres binasına daxil olan qiyamçılar arasından kürsü oğurlayan bir adamın fotosu ilə Homer Simpsonun heykəl oğurladığı səhnənin şəkli olub.



Ana səhifəyə qayıt        Baxış: 2 613          Tarix: 7-01-2021, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma