Xəbər lenti


ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.

Report” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.

Qeyd edilir ki, Konqres üzvləri binadan təxliyyə ediliblər.

Müxtəlif nəşrlərin jurnalistlərinin hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.

Yerli radionun verdiyi məlumata görə, silahlı Kapitoli polisi etirazçılardan Konqresin binasını tərk etməyi tələb edib.

PBS telekanalı isə mənbəyə istinadən Konqres binasında atışmanın baş verdiyi bildirib. Qeyd edilir ki, etirazçılardan biri sinəsindən yaralanıb.


***
Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalının hadisə yerində olan əməkdaşı bildirib.

Məlumata görə, onlardan biri ağır vəziyyətdədir. Qeyd edilir ki, atışma zamanı sinəsindən ağır xəsarət alan qadın da xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.



Qeyd edək ki, Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər.

Qeyd edilir ki, Trampın tərəfdarları Kapitoli binasına soxulublar və Senatı əhatəyə alıblar. Tramp etirazçıları dinc hərəkət etməyə çağırıb.






Ana səhifəyə qayıt        Baxış: 4 560          Tarix: 7-01-2021, 09:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma