Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Baş nazir Nikol Paşinyanın təxribat xarakterli hərəkətləri olmasaydı, müharibə baş verməz və Ermənistan belə alçaldıcı vəziyyətə düşməzdi.
Bu sözləri Ermənistanın Siyasi İqtisadiyyat (Политэкономия) İnstitutunun rəhbəri Andronik Tevonyan bildirib.
O qeyd edib ki, N.Paşinyanın siyasəti Ermənistan dövlətçiliyinə böyük zərbə vurub: “Paşinyanın rəhbərlik etdiyi dövlətin müharibədə məğlub olması heç də təəccüblü deyil və gözlənilən idi. Əgər Ermənistana N.Paşinyan rəhbərlik etməsəydi, belə rüsvayçı məğlubiyyətə uğramazdıq. Nə qədər ki, ölkəyə N.Paşinyan rəhbərlik edir, biz daim məğlubiyyətə məhkum olacağıq”.
Andronik Tevonyan nəzərə çatdırıb ki, Nikoldan ötrü insanlar küçələrə çıxaraq günlərlə kütləvi aksiyalar keçirərək “yüksək həyat”, “Nikol baş nazir olsun” şuarlarını səsləndirirlər. Lakin Nikol hakimiyyətə gəldikdən sonra nəinki yaxşı heç nə olmadı, əksinə, Ermənistan dövlətçiliyi təhlükə altına düşdü. İndi Nikolu dəstəkləyən adamlardan soruşmaq lazımdır ki, haradadır həyat vədləri…(azərtac)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar