Xəbər lenti
Bu gün CNN telekanalı ABŞ Prezidenti Donald Trampın impiçmenti haqqında qətnamənin mətnini dərc edib.

Virtualaz.org bildirir ki, telekanalın məlumatına görə, qətnamə ABŞ Konqresinin Nümayəndələr palatasının müzakirəsinə çıxarılacaq. Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir.

Qətnamə “Qiyama təhrik” adlanır. Nümayəndələr palatasının daxili qaydalar komitəsinin rəhbəri Corc Makqoveren bildirib ki, sənədin yanvarın 13-ü, yaxud 14-də palatanın müzakirəsinə çıxarılması gözlənilir.



Ana səhifəyə qayıt        Baxış: 2 302          Tarix: 11-01-2021, 22:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma