Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, ABŞ-ın yeni Prezidenti Co Baydenin iqtidarı BƏƏ-yə F-35 satılmasını nəzərdə tutmaq qərarı ilə yanaşı, bir çox hərbi satış razılaşmasının icrasını təxirə salıb.

Məsələ ilə bağlı açıqlama verən ABŞ XİN əməkdaşı deyib: “Yeni iqtidara araşdırmaq üçün möhlət verilməsi məqsədilə Nazirlik Xarici Hərbi Satış və Birbaşa Ticarət Satışı çərçivəsində planlaşdırılan bəzi hərbi transfer və satışları müvəqqəti olaraq dayandırıb”.

Bu addımın bütün satışlara aid olmadığı, ancaq BƏƏ-yə yaxın zamanda satılmasına razılıq verilmiş F-35 və  Səudiyyə Ərəbistanı kimi bir çox ölkələrə icazə verilən silah satışlarının aid olduğu barəsində məlumat verilib.



Ana səhifəyə qayıt        Baxış: 2 627          Tarix: 28-01-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma