Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu 10 ay ərzində təxminən 49 milyard dollarlıq silah satışı sazişinə imza atıb.

ABŞ Konqresinə verilən hərbi müqavilə məlumatlarına əsasən, Trampın son dövrdə ən çox silah satışı həyata keçirilən prezidentlərdən biri olduğu müəyyənləşib.

Birləşmiş Ştatların ən çox silah satdığı ölkə Kanada olub. Belə ki, ABŞ ilə Kanada arasında 5,2 milyard dollarlıq müqavilə imzalanıb.

Qeyd edək ki, ABŞ-ın İkinci Dünya müharibəsindən indiyədək ən çox silah satışı həyata keçirən Prezidenti Barak Obama olub. O, səkkiz illik hakimiyyəti dövründə 277 milyard dollarlıq silah satışı edib(azərtac).




Ana səhifəyə qayıt        Baxış: 859          Tarix: 29-11-2017, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma