Xəbər lenti


Bakıda unun qiyməti qalxıb.
Qaynarinfo xəbər verir ki, hazırda 50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata satılır.
"Un qıtlığı yaranıb, qiyməti sürətlə bahalaşır. 50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata qalxıb. Hətta bu qiymətə də una tələbat kəskin artdığına görə, topdansatış müəssisələrinin çoxu satışı dayandırıb, qiymətin daha da bahalaşmasını gözləyirlər. Bu sürətlə bahalaşma davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 35 manat olacaq", - qiymətin qalxmasına münasibət bildirən iqtisadçı ekspert Qubad İbadoğlu deyib. 
Ekspert qeyd edib ki, un qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və unun qiymətinin qalxmasının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar aparılmalıdır".
JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, unun qiymətinin qalxmasına səbəb Rusiya ilə sərhədlərin bağlı olması ilə yanaşı, həm də bu ölkənin həmin məhsulun xarici ölkələrə satılmasını müvəqqəti dayandırmasıdır. Məlumatda qeyd edilir ki, koronovirusun geniş yayılması səbəbindən Moskva hökuməti bəzi məhsulların, xüsusən də taxıl və dərman pereparatlarının xaricə satılmasına müvəqqəti olaraq yasaq qoyub.
Mənbə bildirir ki, hazırda rəsmi Bakı alternativ variant olan Qazaxıstanla danışıqlar aparır. Qeyd edilir ki, yaxın günlərdə Xəzər qonşumuzdan mütəmadi olaraq un və taxıl alınmasına və daşınmasına start veriləcək. Amma bunun unun qiymətinə təsir edib, etməyəcəyi məlum deyil.


Ana səhifəyə qayıt        Baxış: 4 523          Tarix: 6-04-2020, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma