Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Həmişə demişəm, “Şimal axını-2” layihəsinə Qərb ölkələrinin mövqelərindəki fərqlər göründüyü qədər ciddi deyil. Ancaq bu, Avropada müzakirə ediləcək mübahisəli bir layihədir. Ancaq inanıram ki, ortaq bir həll yolu tapa bilərik”.
Ovqat.com xəbər verir ki, Almaniyanın Baş naziri (kansler) Angela Merkel mətbuata verdiyi açıqlamasında belə deyib.
Merkel bildirib ki, qaz kəməri bir tərəfdən iqtisadi bir layihədir, digər tərəfdən onun "transatlantik münasibətlərdə böyük rol oynayan" siyasi mənası var.
AB-nin Üçüncü Enerji Layihəsini qəbul etdiyini söyləyən kanslerin fikrincə, ittifaqın “özünü təhlükəli sulardan qurtarmaq”, birtərəfli asılılığını azaltmaq üçün müəyyən iş mexanizmləri tapılmalıdır.
Fransız lideri Emmanuel Makron ilə bu mövzunu müzakirə etdiyini deyən Merkel xatırladıb ki, Almaniyadan fərqli olaraq Fransanın öz nüvə enerjisi sənayesi mövcuddur. Buna görə də qaza olan ehtiyacı nüvə və kömür enerjisinin istifadəsinə son qoyan Almaniyadan daha azdır. “Üstəlik, Almaniyanın yenilənə bilən enerjiyə keçid mənbəyi olaraq da qaza ehtiyacı var”,-Merkel belə deyib.
Qeyd edək ki, Avropa Birliyi ölkələrinin, xüsusilə də Almaniyanın rus qazını almaq planı ABŞ əngəli ilə qarşılaşıb. Bu ilin 19 yanvarda ABŞ “Şimal axını-2” qaz kəmərinin inşasını aparan “Fortuna” boruçəkmə gəmisinə və gəminin sahibi KVT-RUS şirkətinə qarşı sanksiyalar tətbiq edib. Elə həmin gün “Qazprom” siyasi vəziyyətdə kəskin dəyişiklik olması halında layihənin icrasının dayandıracağını və ya tamamilə ləğv edəcəyini bildirib. Daha sonra “Qazprom” layihənin ağır sanksiyaların təzyiqi altında olduğunu, lakin qaz kəmərinin tikintisini başa çatdırmaq istədiyini açıqlamışdı. Di gəl ki, Almaniyanın “Bilfinger SE” konserni “Şimal axını-2” layihəsində iştirakdan imtina etmişdi.
Bir neçə gün əvvəl isə ABŞ-ın “Şimal Axını 2”-yə tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı bir dialoqa başlamağa hazır olduğu xəbərləri yayılmışdı. Qərb KİV-nin yaydığı məlumata görə, ABŞ layihəyə sanksiya tətbiq edilməməsi üçün bir sıra ilkin şərtlər irəli sürüb. Vaşinqtonun əsas tələbləri Ukrayna ilə bağlıdır. Başlıca şərtlərdən biri isə Ukrayna ərazisindən keçən tranzit tədarükünün azalacağı halda “Şimal axını-2”-nin fəaliyyətinin qarşısını alacaq bir mexanizmlərin tətbiqidir.
Qısası, ABŞ Rusiyanın ipini Ukraynanın quyruğuna bağlamağa çalışır ki, Moskva, çətin, bununla razılaşa. Zira Ukraynadan asılılıq Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərər verəcək güzəştləri də bərabərində gətirə bilər.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar