Xəbər lenti


“ARF Daşnaksütyun" partiyasının nümayəndəsi, “Vətənin xilası hərəkatı”nın üzvü İşxan Saqatelyan hakim "Mənim addımım" blokunun erkən parlament seçkilərinin keçirilməsi fikrindən imtina etməsinə münasibət bildirib. Azvision.az xəbər verir ki, bu barədə erməni müxalifətçi özünün "Facebook" səhifəsində yazıb.

"Birincisi, baş nazir kürsüsündən yapışan başa düşdü ki, seçki yolu ilə seçilmək şansı yoxdur. Bu, sadəcə mümkün deyil. İkinci səbəb seçkilərin onun öz komandasında ciddi problemlərə yol açacağıdır. Onların çoxu mandatlarını itirəcəklərini bilirlər.

Üçüncüsü, hakimiyyət etiraz hərəkatının artıq geridə qaldığını və saxta gündəmlə cəmiyyəti yayındırmağı bacaracaqlarını düşünür. Lakin, onlar tamamilə yanılırlar. Çünki "populist xainlər" öz xalqlarını bir dəfə aldada bilər, ikinci dəfə bu, alınmayacaq”, - deyə erməni siyasətçi vurğulayıb.
O əlavə edib ki, seçkilər yolu ilə özlərini indiki hakimiyyətdən qurtarmaq istəyənlər küçəyə çıxacaq. Mitinq 20 fevral saat 15:00-da Azadlıq meydanında baş tutacaq.

Qeyd edək ki, hakim "Mənim addımım" parlament fraksiyası baş nazir Nikol Paşinyanla görüşdən sonra erkən seçkilərin keçirilməsinə dair ictimai sifarişin olmadığını bəyan edib.

/musavat.com/


Ana səhifəyə qayıt        Baxış: 3 038          Tarix: 8-02-2021, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma