Xəbər lenti

 
ABŞ-ın yeni prezidenti Cozef Bayden hakimiyyətə gəldiyi gündən bəri ilk dəfə Çinli həmkarı Xi Jinpingə zəng edib.
 
Ovqat.com ABŞ administrasiyasına istinadən verdiyi məlumata görə, tərəflər iki dövlət arasındakı geosiyasi vəziyyəti müzakirə ediblər.
 
Bildirilir ki, Cozef Bayden həmkarına azad və dünyaya açıq bir Hind-Sakit okean bölgəsinin yaranmasının Vaşinqtonun prioriteti olduğu bildirib. Xinin mövqeyi isə çox konkret olub: “Qarşı qarşıya gələrsək, ikimiz üçün də fəlakət baş verər”.
 
Ağ evin bildirdiyinə görə, Cozef Bayden “azad və açıq” Hind-Sakit okeanı deyərkən Sincan, Hong-Kong və Tayvan məsələsinə demokratik yanaşmanı nəzərdə tutub.


Ana səhifəyə qayıt        Baxış: 4 642          Tarix: 11-02-2021, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma