Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Almaniya ilə ABŞ arasında “Şimal axını-2” layihəsi ilə bağlı gizli danışıqlar başlayıb.
Ovqat.com xarici media qurumlarına istinadən xəbər verir ki, danışıqların əsas məğzi ABŞ-ın sözügedən boru xəttinə tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlıdır.
“Nazirlər səviyyəsində danışıqlar davam edir, təkliflər mübadiləsi aparılır və bu fakt ürəkaçandır, müvəffəqiyyət şansını isə hələ də proqnozlaşdırmaq çətindir", - Rusiyanın RİA Novosti agentliyinin məchul mənbəyi belə bildirib.
İddialara görə, Cozef Bayden hakimiyyətə gəldiyi gündən başlayan danışıqlarda Berlin Vaşinqtona sanksiyaların ləğvi qarşılığında ABŞ-ın LNG qazını almağı təklif edir. Hətta bu məqsədlə Almaniyada LNG santralları yaratmaq üçün 1 milyard avro belə ayırıb. ABŞ isə rus qazının Avropaya nəqlinin kəsilməsində israrlıdır. Ekspertlər ABŞ-ın yeni hökumətinin bir sıra alternativləri müzakirəyə razılaşmasını belə, irəliyə doğru atılmış addım kimi qiymətləndirirlər.
Xatırladaq ki, Tramp hakimiyyəti Avropa müttəfiqlərini rus qazını almaqdan imtina etməyə çağırmış, əks halda “Qazprom”la anlaşan şirkətləra ağır sanksiyalarla və bank hesablarını dondurmaqla hədə-qorxu gəlmişdi. Cozef Bayden hökuməti də rus qazının Avropaya nəqli məsələsinə sələfindən fərqli yanaşmır. Odur ki, ekspertlər Almaniya ilə ABŞ arasında aparılan danışıqların müsbət nəticələnməsinin çətin olacağına inanırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar