Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Almaniya Bundestaqı "Şimal Axını-2"qaz kəmərinin tikintisi ətrafında yaranan mübahisələrlə əlaqədar BMT-yə müraciət etməyi planlaşdırır.
Ovqat.com xəbər verir ki, Bundestaqın Energetika üzrə komitəsinin rəhbəri Klaus Ernst Rusiyanın RT telekanalına açıqlamasında belə deyib.
Klaus Ernest hesab edir ki, başqa bir ölkənin Almaniyaya enerji təminatı məsələsində öz şərtlərini diktə etməsi yolverilməzdir.
Almaniya ilə ABŞ arasındakı bu mübahisə Almaniyanın "Şimal Axını-2"qaz kəmərinin tikintisi məsələsinin həllində Rusiya ilə eyni mövqedən çıxış etməsindən sonra yaranıb. ABŞ alman şirkətlərini bu layihədə iştirak edərlərsə sanksiyalarla təhdid edib. Daha sonra isə bu təhdidi Konqresdə çıxardığı qərarla qanuniləşdirib.
Ernstin bildirdiyinə görə, Almaniyada ABŞ-ın sanksiyaların tətbiqi ilə bağlı qərarının beynəlxalq hüquq normalarına zidd olduğunu düşünürlər.
"Bu qanun pozuntu ölkənin suverenliyini belə təhdid edir", - Ernst belə deyib.
Bundestaqda BMT-yə müraciət etməklə yanaşı, ABŞ-ın sanksiyaları tətbiq etmək planları ilə bağlı beynəlxalq məhkəmələrə də müraciət edə bilər. Hər halda Ernst belə deyib və onun iddiasına görə, alma parlamentində bu məsələyə də baxacaqlar.
Rusiya XİN də ABŞ-ın "Şimal Axını-2"nin tikintisinə qarşı çıxmasını pisləyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, hazırda qaz kəmərinin tikintisi layihəsində iştirak məsələsini nəzərdən keçirən Avropa ölkələri "Birləşmiş Ştatlar tərəfindən görünməmiş sanksiya təzyiqi"ilə üzləşiblər.
Rusiyadan Almaniyaya çəkilməsini nəzərdə tutan "Şimal Axını-2" qaz kəmərinin uzunluğu 1234 kilometr olacaqdı. 90%-i həyata keçirilən kəmər Danimarka, Finlandiya və İsveç su sərhəddindən keçir. "Qazprom"un indiyədək təxminən 10 milyard avro yatırdığı nəhəng tikinti layihəsi 2019-cu ilin sonunda Amerikanın sanksiyalarından sonra dayandırılıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar