Xəbər lenti

Co Baydenin administrasiyası eks-prezident Donald Trampın BMT-nin İrana qarşı sanksiyalarının bərpası barədəki qərarını ləğv edib. Bu elan Ağ Evin hazırkı başçısına Birgə hərtərəfli fəaliyyət planına (BHFP) qayıtmaq (2015-ci ildə imzalanıb) istiqamətində irəli getməyə kömək edə bilər. Məlumdur ki, bu sənəd Tehranın nüvə prqramının qarşısının alınmasına yönəlib.

Bu barədə fevralın 19-a «Associated Press» agentliyi xəbər verib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT-dəki daimi nümayəndəsinin vəzifələrini icra edən Riçard Mille beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) məktub göndərib. Məktuba bildirilir ki, Vaşinqton bununla Donald Tramp administrasiyasınınTehrana yönəlik sanksiyaların tətbiqi ilə bağlı 3 məktubunu «geri çağırır». Sanksiyaların bərpası 19 sentyabr 2020-ci ildə elan edilib. BMT TŞ o zaman Trampın qərarını qeyri-qanuni adlandıraraq, görməzliyə vurmuşdu. Belə ki, Tramp ABŞ-ı nüvə sazişindən hələ 2018-ci ilin mayında çıxartmışdı.

Ötən cümə axşamı ABŞ sazişə qayıtmaq barədə İranla danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Hər necədirsə, İranda ABŞ-ın bu təşəbbüsünə xeyli soyuq reaksiya veriblər. Dövlət Departamentinin başçısı təsdiqləyib ki, əgər İran ilk olaraq, sazişin şərtlərinə tam şəkildə əməl etməyə razılıq versə, Co Bayden administrasiyası nüvə sazişinə qayıtmağa hazırdır.

«Dövlət katibi Blinken yenidən qeyd edib ki, əgər İran BHFP üzrə öhdəliklərinə ciddi şəkildə əməl etməyə qayıdarsa, Birləşmiş Ştatlar eynisini edəcək və onlar İranla danışıqlarda iştirak etməyə hazırdırlar» - 4 ölkənin (nüvə sazişinin digər iştirakçı ölkələri) xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

ABŞ administrasiyasının yüksək çinli əməkdaşı feralın 18-də «Röyter» agentliyinə danışıb ki, Vaşinqton İranla nüvə sazişi bağlamış 6 dünya gücü - Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya arasında danışıqlarda iştirak etməyə hazırdır. «Belə görüş baş tutarsa, biz, iştirak etməyə hazırıq» - Britaniya informasiya agentlyi ilə danışan mənbə bəyan edib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 757          Tarix: 21-02-2021, 12:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma