Xəbər lenti
Dünən, 23:57
Dünən, 22:56
Dünən, 21:08
Dünən, 20:15
Dünən, 18:20
Dünən, 16:30
Dünən, 14:46
Dünən, 12:52
Dünən, 11:40
Dünən, 09:37
8-02-2025, 23:59
8-02-2025, 23:00
8-02-2025, 22:00
8-02-2025, 20:21
8-02-2025, 17:48
8-02-2025, 14:49
Dünən Çinin və ABŞ-ın yüksək çinli nümayəndələrinin Alyaskanın Ankoridje keçirilən ikigünlük danışıqları başa çatıb. ABŞ tərəfindən bu tədbirlərdə ABŞ-ın dövlət katibi Entoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan yer alıblar. Çini xarici işlər naziri, ÇXR-in Dövlət Şurasının üzvü və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü (ÇKP), ÇKP MK Xarici İşlər üzrə Komissiyasının Dəftərxanasının rəhbəri Yan Tszeçi təmsil ediblər.
Ovqat.com-un məlumatına görə, danışıqlar gərgin keçib və qarşılıqlı ittihamlarla başlanıb.
Bildirilir ki, danışıqların ilk dəqiqələrində Vaşinqtonun nümayəndələri Çini Uyğur Muxtar Respublikasında yürütdüyü siyasətə görə tənqid atəşinə tutub, bununla da ara qarışıb, dəftər itib. ABŞ nümayəndələri bəyan ediblər ki, Vaşinqton Çinin uyğur əhalisinə münasibətinə, Honq Konqa qarşı fəaliyyətinə, digər ölkələrə iqtisadi təzyiqlərinə, insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilməsini, eləcə də onun kiberməkanda atdığı addımları tənqidini dayandırmayacaq. Çünki Çin hökumətinin sadalanan əməlləri onun "daxili işi deyil", həm də "ümumi qaydalara əsaslanan, qlobal sabitliyi dəstəkləyən beynəlxalq nizamı təhdid edir".
Buna cavab olaraq, ÇXR nümayəndə heyətinin nümayəndəsi Yan Tseçi ABŞ-ı riyakarlıqda ittiham edərək, Vaşinqtonun maliyyə və hərbi gücünü digər ölkələri qorxutmaq üçün istifadə etdiyini bildirib. O, həmçinin deyib ki, Amerika Birləşmiş Ştatlarda qaradərili əhalinin nümayəndələrini qətlə yetirmək ənənəsi var və insan hüquqları ilə bağlı problemlərin tarixi uzun əsrlərə qədər gedib çıxır.
Çin XİN-in nümayəndəsi Zhao Liszian isə aranı sakitləşdirməyə çalışaraq, ABŞ-ı “qarşılıqlı hörmət”ə dəvət edib. Onun fikrincə, gərginlik Amerika tərəfinin davranışı üzündən yaranıb. Belə ki, ABŞ nümayəndələri danışıqlarda Pekinin xarici və daxili siyasətinə "əsassız hücumlar"a keçirlər, bu da Çin tərəfini "ciddi cavab verməyə" vadar edir. Zhao Liszianın bu sözü “qaş düşəltmək əvəzinə göz çıxarıb”, ara yenidən qarışıb. Tərəflər bir-birini diplomatik protokol və etiketi pozmaqda günahlandırıblar.
Danışıqlar zamanı yaranmış gərginliyə və bir sıra məsələlərlə bağlı davam edən ciddi ziddiyyətlərə baxmayaraq, tərəflər iki ölkə üçün ümumi maraq kəsb edən daxili və xarici siyasət məsələlərini müzakirə edə biliblər.
Danışıqlarda xüsusilə İran və Şimali Koreyanın nüvə problemlərinin həlli, Əfqanıstandakı vəziyyət, həmçinin, Pekinlə Vaşinqtonun maraqlarının daha çox üst-üstə düşdüyü İqlim Dəyişikliyi ilə bağlı məsələlərə toxunulub.
"Tərəflər bir sıra məsələləri, o cümlədən İranın nüvə problemi, Əfqanıstan, Koreya yarımadası və Myanmadakı vəziyyəti dəstəkləmək, dialoqu gücləndirmək barədə razılığa gəliblər", — deyə ABŞ və Çin nümayəndə heyətlərinin birgə bəyanatında bildirilir.
Toplantıda Pekinin Vaşinqtonla əməkdaşlığı bir sıra digər istiqamətlərdə — ordular arası əlaqələr, ticari-iqtisadi və mədəni-humanitar münasibətlər sahəsində fəallaşdırmaq niyyətində olduğu da dəqiqləşdirilib. Bundan başqa, Çin və ABŞ səhiyyə və şəbəkə təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirmək, eləcə də iqlim dəyişikliyinə qarşı mübarizə üzrə ikitərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Məsələlər Üzrə Komissiyasının Dəftərxanasının rəhbəri Yan Tszeçi danışıqları şərh edərkən bildirib ki, Çin "öz milli suverenliyini, təhlükəsizliyini və maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək, Çinin inkişafını və inkişafını dayandırmaq mümkün deyil".
ÇXR-in xarici işlər naziri Van da öz növbəsində Çinin bu cür görüşlərə böyük diqqət yetirdiyini söyləyib: "Çünki dialoq istənilən qarşıdurmadan yaxşıdır. Lakin dialoq qarşılıqlı hörmət ruhunda keçməlidir, fikir ayrılıqlarını aradan qaldıraraq təmas nöqtələri axtarılmalıdır. İttihamları birtərəfli qaydada gündəlikdən çıxarmaq lazımdır", - deyə Çin XİN başçısı bildirib.
Çin danışıqlarda Birləşmiş Ştatların siyasi sisteminə müdaxilə etmək və ABŞ-ın dünyada mübahisələndirilmək və ya onun yerini tutmaq niyyətində olmadığını bəyan edib. Eyni zamanda, Vaşinqton da Çinin siyasi sistemini, inkişaf yolunu, onun strategiyasını, dünyadakı rolunu və təsirini düzgün qiymətləndirməlidir.
Çin nümayəndələri Tayvan məsələsinin Çinin suverenliyi və ərazi bütövlüyü və onun köklü maraqları ilə bağlı olduğunu, "burada kompromislərə yer olmadığını" vurğulayıblar. Nümayəndələr ABŞ-ı “Vahid Çin” prinsipinə hörmət etməyə, Birləşmiş Ştatlar və Tayvan arasında rəsmi müqavilələri və hərbi əlaqələri, bu yarımadaya Amerika silahlarının satışını dayandırmağa çağırıblar.
Çin, həmçinin öz “daxili işləri”nə aid olan Honq Konq probleminə qarışmağın yolverilməz olduğunu əks tərəfin diqqətinə çatdırıb, Vaşinqtonu sərt cavab addımları ilə hədələyib.
"Çin tərəfi vurğulayıb ki, Birləşmiş Ştatlar eyni təzyiqlərə əl atmaqda davam edərsə, ölkəmiz mütləq sərt cavab verəcək", — deyə ÇXR XİN-də dərc olunan bəyanatda bildirilir.
Çin nümayəndələri Ağ Evdən Honq Konqla əlaqəli bütün sanksiyaların ləğvini tələb ediblər.
Vaşinqtonun nümayəndələri isə Alyaska danışıqlarını açıq və asan olmayan danışıqlar kimi səciyyələndiriblər və qeyd ediblər ki, ABŞ tərəfi danışıqların nəticələrini Vaşinqtona qayıtdıqdan sonra qiymətləndirəcək. Bununla belə, ABŞ həmişə Çinlə əlaqə saxlamaq və münasibətləri inkişaf etdirmək niyyətində olduğunu, Pekinlə normal diplomatik kanallar çərçivəsində qarşılıqlı əlaqələri davam etdirəcəklərini vurğulayıblar.
"Biz geniş mövzuda çox açıq danışıqlar apara bildik", — deyə Antoni Blinken bildirib. "Birincisi, biz onlara Çinin atdığı bir sıra addımlar barədə ciddi narahatlığımızı çatdırmaq istəyirdik və biz bunu etdik. Biz də öz siyasətimizi, prioritetlərimizi və dünyagörüşümüzü çox dəqiq şəkildə ifadə etmək istəyirdik və bunu da yerinə yetirdik", — deyə ABŞ-ın dövlət katibi əlavə edib.
O, həmçinin vurğulayıb ki, yeni administrasiya Donald Trampın Çinlə iqtisadi-ticari münasibətlərə dair qəbul etdiyi müəyyən qərarlara yenidən baxılmasını həyata keçirir.
"Biz Çin tərəfdaşlarına iqtisadiyyat, ticarət, texnologiyalar üzrə dedik ki, Konqreslə, müttəfiq və xaricdəki tərəfdaşlarla sıx məsləhətləşmələr apararaq bu məsələləri yenidən nəzərdən keçirək. Və biz bu məsələlərdə işçi qüvvəmizin maraqlarını tam şəkildə qoruyan və təşviq edən bir şəkildə irəliləyəcəyik", deyə Blinken bildirib.
Qısası, Pekin ilə Vaşinqton arasında mövcud olan ziddiyyətlər davam edir, tərəflər isə bir-birinə aydın şəkildə çatdırırlar ki, onlar öz mövqelərində, mübahisəli məsələlərdə kompromisə getmək niyyətində deyillər.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər