Xəbər lenti


Şimalı Koreya Malayziyanın paytaxtı Kuala Lumpurdakı səfirliyini bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Bildirilir ki, səfirlik işçiləri avtobusla Beynəlxalq Kuala Lumpur Hava Limanına yola salınıb.

Qeyd edək ki, martın 19-da Şimali Koreya Malayziya hökumətini çirkli pulları yumaqda şübhəli bilinən vətəndaşını ABŞ-a təhvil verdiyinə görə düşmənçilikdə təqsirləndirib və bu ölkə ilə diplomatik əlaqələri kəsdiyini bəyan edib.



Ana səhifəyə qayıt        Baxış: 2 909          Tarix: 21-03-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma