Xəbər lenti

 
 
“Rusiya Nüvə Sınaqlarının Qadağan edilməsi Müqaviləsindən müvəqqəti çıxaraq bir sıra nüvə partlayışları etməlidir”.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Ali İqtisadiyyat Məktəbinin professoru, politoloq Dmitri Yevstafyev bu təkliflə çıxış edib. 
 
Professorun fikrincə, bu, NATO-nun nəfəsini kəsməyin ən optimal yoludur və Moskva bu yoldan istifadə etməlidir.
 
Rusiyanın “Birinci Kanal”ına müsahibəsində NATO Baş katibi Jens Stoltenberqin “Şimal axını-2” qaz kəmərilə bağlı fikirlərini  şərh edən professor Şimali Atlantika İttifaqının dünyanı yenidən bölüşdürməyi hədəfləyən bir geopolitik sistemə çevrilərək hərbi-siyasi blok olmaqdan çıxdığını söyləyib. Onun fikrincə, ABŞ alyansı öz geosiyasi maraqlarının  alətinə çevirib və hazırda Vaşinqton bu gücdən başqa ölkələrin qaynaqlarını ələ keçirmək üçün istifadə edir. “Yaxın gələcəkdə ABŞ-ın Rusiya ilə məsələləri güc yolu ilə həll etmək üçün də NATO-dan istifadə etməsi mümkündür”, - Dmitri Yevstafyev belə düşünür.
 
ABŞ-in "Qərbdəki qaynar nöqtələri soyutmaq" üçün güc faktoruna əsaslandığını, digər inandırma metodlarını qəbul etmədiyini deyən Yevstafiev onların "templərini yavaşlatmağı, nəfəslərini aşağı salmağı" məsləhət bilir. Bunun üçün Rusiyanın nüvə sınaqlarını qadağan edən müqavilələrdən müvəqqəti çıxmalı və NATO-nun bütün böyük təlimləri ilə eyni anda bir sıra nüvə partlayışları həyata keçirməlidir. Professor təklif etdiyi partlayışların sayı barədə təklif verib – 20-25 nümayişkaranə nüvə partlayışı.
 


Ana səhifəyə qayıt        Baxış: 9 954          Tarix: 28-03-2021, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma