Xəbər lenti

 
Ukrayna Prezidenti Vladimir Zelenski təcili olaraq Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoq qurmaq istəyir. 
 
Ovqat.com xəbər verir ki, Vladimir Zelenskinin mətbuat katibi Yulia Mendel Reuters-ə açıqlamasında belə deyib.
 
 
“Ukrayna Prezidenti Vladimir Zelenskiy administrasiyası Vladimir Putinlə vasitəçilər olmadan danışıqlara başlamaq istəyir. İndiyədək Rusiya tərəfdən bu istəyə hər hansı cavab verilməyib. Səssizliyin birbaşa dialoqdan imtina edilməsi olmadığına ümid edirik”, - Mendel bilridirib.
 
Dialoq tələbinin Ukrayna sərhədləri yaxınlığında Rusiya qoşunlarının toplanması ilə əlaqədar olduğu vurğulanır.
 


Ana səhifəyə qayıt        Baxış: 5 418          Tarix: 12-04-2021, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma