Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
ABŞ Əfqanıstandakı qoşunlarını mayın 1-dən çıxarmağa başlayacaq və bu proses 11 sentyabr terror hücumlarının 20-ci ildönümü ərəfəsində başa çatacaq.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu dünən ABŞ Prezidenti C. Bayden Əfqanıstandakı son vəziyyəti şərh edərkən deyib: “ABŞ əsgərləri, eləcə də NATO müttəfiqlərimiz və əməliyyat tərəfdaşlarımız tərəfindən yerləşdirilən qüvvələr 11 sentyabrda baş verən ağır hücumun 20-ci ildönümünü qeyd etməzdən əvvəl Əfqanıstandan çıxarılacaq, amma gözlərimizi terror təhdidindən çəkməyəcəyik. Taliban döyüşçüləri ABŞ qüvvələrinə və ya tərəfdaşlarımıza hücum edərsə, onlara cavab vermək üçün ABŞ əlindəki bütün vasitələrdən istifadə edəcək. Taliban bilməlidir ki, geri çəkildikdə, bizə hücüm edərsə, özümüzü və tərəfdaşlarımızı müdafiə edəcəyik”.
Prezident digər ölkələrdən Əfqanıstana dəstəyi artırmalarını xahiş edəcəyini də vurğulayıb: “Bölgədəki digər ölkələrdən, xüsusən Pakistandan, eyni zamanda Rusiya, Çin, Hindistan və Türkiyədən Əfqanıstana dəstəyi artırmağı xahiş edəcəyik”.
ABŞ administrasiyasındakı yüksək rütbəli məmurun bildirdiyinə görə, Prezident Bayden ciddi təhlildən sonra Əfqanıstanda qalan ABŞ əsgərlərini oradan çıxarmağa qərar verib.
Bu arada, Taliban ABŞ-ın Əfqanıstanda sülhü bərpa etmək planını və Amerika qoşunlarının geri çəkilməsini altı aylıq təxirə salmaq təklifini rədd edib. Taliban sözçüsü Məhəmməd Naim Vardak Əfqanıstandakı xarici hərbi mövcudluq sona çatana qədər hərəkatın hər hansı bir konfransda iştirak etməyəcəyini açıqlayıb: “Bütün xarici qüvvələr vətənimizdən tamamilə geri çəkilməyincə, İslam Əmirliyi Əfqanıstanla bağlı qərar qəbul ediləcək heç bir konfransa qatılmayacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar