Xəbər lenti


Livanın baş naziri vəzifəsini müvəqqəti icra edən Həssən Diyab Fars körfəzinin ərəb dövlətlərinə təcili maliyyə yardımı ilə bağlı müraciət edib.

Bu barədə “Report” “El Nashra” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Livan hökuməti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Dohada Qətər şeyxi Temim bin-Hamid əl-Sani ilə görüşündə bildirib ki, onun ölkəsi iflas həddindədir.

Diyabın sözlərinə görə, "boğulan Livan xilasetmə dairəsinə ehtiyac duyur, yeni nazirlər kabinetinin formalaşması ləngiməyə görə beynəlxalq ictimaiyyətdən maddi kömək ala bilmir". Baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı iqtisadi kollapsın səbəbinin "onilliklər boyunca hakimiyyətin ən yüksək eşelonlarında hökm sürmüş korrupsiya və səhv borc alma siyasəti" ilə bağlı olduğunu bildirib.

Diyab Qətərə təcili maliyyə yardımının əsas qida və tələbat malları üçün dövlət subsidiyalarını davam etdirəcəyinə ümid etdiyini söyləyib.



Ana səhifəyə qayıt        Baxış: 2 816          Tarix: 20-04-2021, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma