Xəbər lenti

 

“Azərbaycan Ermənistana İsraildən alınan Pilotsuz Uçan Aparatları (PUA) vurmağın yollarını öyrədəcəyini vəd edən Livan hökuməti ilə danışıqlar aparmalıdır”.

Bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistanla əməkdaşlıq edən Livan və bir sıra ərəb ölkələrinin Azərbaycana qarşı münasibətini həyasızlıq adlandırıb:

“Bu nə həyasızlıqdır? Ərəb ölkələri axır vaxtlar özlərini tamam itiriblər. Hizbullah qruplaşması, yaxud Livan hökuməti və digər ərəb ölkələri ilə danışıqlara gedilməlidir.

İsraildə isə Ermənistan səfirliyinin açılması haqda məlumatlar yayılıb, bu da bizə bir qərəzin çağırışıdır. Hesab edirəm ki, İsrail ikili oynasa, bu bizim üçün yaxşı olmayacaq. Yaxın ilyarım ərzində Qarabağda vəziyyət gərginləşə bilər. Vəziyyət kifayət qədər ciddidir”.

Erməni mediasında Livanın Ermənistana Azərbaycanın İsraildən aldığı PUA-ların zərərsizləşdirilməsinə kömək edəcəyi barədə məlumat yayılıb.

İddiaya görə, Livan Müdafiə naziri Elias Bou Saab ölkəsinin İsrail dronlarını məhv etmək təcrübəsini Ermənistanla bölüşəcəyi vədini verib.

Məlumatda nazirin Ermənistana Livanın İsrail ilə gərgin münasibətlərinin olduğunu, vaxtaşırı bu ölkənin dronlarını zərərsizləşdirdiyini xatırlatdığı bildirilib. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 485          Tarix: 21-09-2019, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma