Xəbər lenti

 
 
Ötən il Belarusda keçirilən prezident seçkiləri sonrası məşhurlaşan “Nexta” teleqram kanalının keçmiş rəhbəri Roman Protaseviçin olduğu təyyarə məcburi enişə məcbur edilib, və o, göz altına alınıb.
 
Ovqat.com
-un məlumatına görə, Belarus höküməti içində 129 sərnişin olan təyyarəni endirmək üçün SU-25 döyüş təyyarəsi və Mİ-24 helikopterindən istifadə edib.
 
Roman Protaseviçi Belarus Cinayət Məcəlləsinin 293 maddəsinə görə, ən ağır cəza - ya 15 il müddətinə həbs, ya da ölüm hökmü gözləyir. 


 
 
Təyyarənin izlədiyi marşrutu barədə məlumat yayan “Flightradar” saytı bildirir ki, o, Belarusun qərb hissəsinin demək olar ki, bütün ərazisində uçub və Litva sərhədinin yaxınlığında Minskə geri qayıtmağa məcbur edilib. Minks hava limanının mətbuat xidmətindən verilən məlumata görə, təyyarə “uğurla” aeroporta endirilib.
 
Litvanın beynəlxalq hava limanlarının operatoru isə təyyarənin sərnişin və ekipaj üzvlərindən biri arasında çıxan münaqişə səbəbindən təcili eniş etdiyini bildirir. Münaqişənin səbəbini dəqiqləşdirilməyib.


 
Görünən budur ki, təyyarəyə xaricdən olduğu kimi daxildən də - sərnişin adıyla göyərtəyə mindirilən agentlər tərəfindən də müdaxilə olub.
 
Belarusun Müdafiə Nazirliyi də sərnişin təyyarəsinin hərbi təyyarələr vasitəsilə endirilməsinə aydınlıq gətirərək bildirib ki, guya məqsəd xoşməramlı olub: “Sərnişin təyyarəsini müşayiət etmək üçün MİQ-29 qırıcısının növbətçi ekipajı havaya qaldırıldı”.


 
Qeyd edək ki, 20 oktyabr 2020-ci il tarixində Belarusun Ali Məhkəməsində Telegram-NEXTA kanalını respublikada ekstremist material yayan orqan kimi tanıyıb və onun təsisçiləri Stepan Putilo və Roman Protaseviçə qarşı hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla yanaşı, kütləvi iğtişaşların və qrup hərəkətlərinin təşkilində, eləcə də sosial ədavət və ədavətin qaldırılmasında ittiham irəli sürülüb. 2021-ci ilin fevralında Belarus polisi “ekstrimistlər”in ideoloji rəhbərlərinin ekstradisiyasına dair sənədləri müvafiq dövlətlərə göndərib. 
 
Belarus DTK isə onları terrorla əlaqəli fiziki şəxslər siyahısına daxil edib.

Təyyarəyə minərkən dostlarına yazdığı mesajlar Roman Protaseviçin əvvəlcədən izlənildiyindən xəbər verir.







Ana səhifəyə qayıt        Baxış: 5 439          Tarix: 23-05-2021, 19:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma