Xəbər lenti

Əfqanıstanın Qor və Uruzqan vilayətlərində iki rayon Talibanın nəzarətinə keçib.

Unikal.org  xəbər verir ki, bu barədə Qor valisi Əbdül Zahir Faizzadə mətbuata açıqlamasında deyib.

O bildirib ki, Taliban qruplaşması Qor vilayətinin Şahrek rayonuna hücum edib.

Hücum nəticəsində təhlükəsizlik qüvvələri rayon mərkəzindən geri çəkilməyə məcbur olub.

Faizzadə rayonun geri alınması üçün əməliyyat hazırlıqlarının başladığını vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 905          Tarix: 7-06-2021, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma