![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
6-02-2025, 15:45
6-02-2025, 14:20
![](/uploads/posts/2021-06/1623612683_thumbs_b_c_e85d5c2668f7130f9bd092159e2098c7.jpg)
Benyamin Netanyahunun 12 illik hakimiyyəti İsrailin yeni koalisiya hökumətinin qurulması ilə başa çatıb.
Ovqat.com-un məlumatına görə, bu gün toplanan İsrail parlamenti yeni koalisiya hökumətinin qurulmasına səs veriblər.
Səsvermə nəticəsində koalisiya hökuməti 120 nəfərlik Parlamentdə 60 millət vəkilinin dəstəyi ilə mandat ala bilib.
Səsvermədən sonra Netanyahu tərəfdarları hökumət üçün ayrılmış yerləri tərk edərək müxalifət üçün ayrılmış hissədə oturub.
Daha sonra İsrailin yeni baş naziri Naftali Bennett və koalisiya hökumətinin nazirləri bir-bir kürsüyə gələrək and içiblər.
Koalisiya hökuməti üzvlərinin əldə etdikləri razılığa əsasən, kabinetə ilk 2 il ərzində Yamina lideri Bennett rəhbərlik edəcək. 2023-cü ilin avqust ayında isə o, öz kreslosunu koalisiya ortağı,” Gələcək Var” Partiyasının lideri Lapidə təhvil verəcək.
Bennett-Lapid koalisiyası Netanyahuya qarşı müxalif olaraq birləşmiş fərqli fikirlərə sahib 8 partiyadan ibarətdir.
Dəstəkləyənlərininin sayı kritik bir həddə olan və bəzi məsələlərdə tamamilə fərqli mövqelərdən çıxış edən koalisiya hökumətinin uzun müddət davam edib-etməyəcəyi mübahisəlidir.
Bennettin partiyası Yamina ifrat yəhudi millətçiliyi ilə seçilir və işğal altındakı Qərb Şəriyədəki qeyri-qanuni yəhudi məskənlərini dəstəkləyir. Koalisiyanın digər tərəfdaşı olan İsrailin Fələstinli vətəndaşlarını təmsil edən Birləşmiş Ərəb Siyahısı (Ram) buna qarşı çıxır. Digər koalisiya ortağı Meretz isə solçu bir partiyadır.
Bu səbəbdən koalisiya hökumətinin uzun sürməyəcəyi və İsrailin bu ilin sonunda yenidən erkən seçki keçirə biləcəyi təxmin olunur. Koalisiyanı yeganə ortaq fikri Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaqdı və belə görünür ki, buna nail oldular.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər