Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
İsrailin Baş nazir Benjamin Netanyahunun hökumət qurmaq səylərinin uğursuzluğa uğramasından sonra bu vəzifəni dövr almış “Gələcək Var” partiyasının Lideri Yair Lapid prezident Reuven Rivlinə yeni kabinet formalaşdırmaq yetərli sayda deputatla anlaşdığını bildirib.
Ovqat.com xəbər verir ki, İsrail prezidenti Rivlin öz Twitter hesabında paylaşdığı tvitində bunu bildirib, Lapidi və koalisiyada yer alacaq partiyaların liderlərini təbrik edib.
İfrat sağçı Yamina Partiyasının lideri Naftali Bennett və Yair Lapidin rəhbərliyi altında qurulacağı gözlənilən koalisiya hökumətində 8 partiya yer alacaq.
Netanyahunu 12 illik kürsüsündən uzaqlaşdıracağı gözlənilən bu koalisiya hökumətini qurulması üçün müttəfiqlər ən geci 14 iyuna qədər parlamentin razılığını almalı və bunun üçün təkliflərini səsverməyə çıxarmalıdır.
İsrail mətbuatının yazdığına görə, koalisiya tərəflərinin əldə etdikləri razılaşmaya əsasən, qurulacaq hökumətin ilk 2 ilində “Yamina” lideri Bennett Baş nazir olacaq. Növbəti 2 ildə isə bu vəzifəni “Gələcək var” partiyasının lideri Lapidə təhvil verəcək.
Qarşıdakı 10 gün ərzində Bennett-Lapidin rəhbərlik etdiyi koalisiya hökuməti parlamentdən etimad səsi alarsa, 2009-cu ilin martından bəri İsraildə baş nazir kürsüsündə oturan Netanyahu dövrü də sona çatmış olacaq.
Şəkildə: Dünən 8 partiyanın imzaladığı koalisiya bəyannaməsi
İsraildə hökumət qurmaq üçün iddialılar 120 deputatdan təşəkkül tapan İsrail parlamentinin sadə çoxluğunun (50%+1), yəni 61 deputatın səsini almalıdır. Yeni koalisiyada yer alacaq 8 partiyanın isə birlikdə 62 deputatı var. Fəqət “Yamina” Partiyasının üzvü Nir Orbak Lapid ilə koalisiyaya səs verməyəcəyini açıq şəkildə bildirib. Beləcə, yeni koalisiya hökuməti etibar səsverməsinin ən kritik sayına düşüb. Deputatlardan daha biri 14 iyuna qədər öz fikrini dəyişdirsə, koalisiya ümidləri də suya düşmüş olacaq. Bu səbəbdən koalisiya hökumətinin qurulması hələ də mübahisəliliyini qoruyur.
Koalisiyanın mövcudluğunu qorumaq problemi bununla da bitmir. Ən böyük problem son parlament seçkilərində cəmi 7 deputat çıxarmağı bacaran Naftali Bennetin ilk 2 ildə Baş nazirlik vəzifəsinə gətirilməsidir. “Yamina” Partiyası bu təmsilçilik sayı ilə hətta İsrailin müsəlman ərəb deputatlarından belə, geri qalır. Fələstin vətəndaşlarını təmsil edən sağçı, solçu, mərkəzçi və islamçı partiyalarının “Yamina”dan bir deputat çox, 8 təmsilçisi İsrail parlamentinə düşüb.
Üstəlik, “Yamina” partiyasının lideri Bennet ərəb düşmənçiliyi ilə ün qazanan şəxsdir. O, İsrail ordusunun xüsusi təyinatlılarından olub və əli çox sayda fələstinlinin qanına batıb. Bu da azmış kimi, çox da uzaq olmayan tarixdə - 2013-cü ildə verdiyi bir media açıqlamasında bu qan tökücülüyü ilə fəxr edərək deyib: "Bir çox ərəbi öldürdüm və bununla bağlı heç bir problem görmürəm. Fələstinli terrorçuları əsir götürmək əvəzinə öldürmək lazımdır".
Netanyahu və onun 12 illik hakimiyyətinə son qoymağı planlaşdıran Naftali Bennet
Fələstinlilər indiyədək bu açıqlamaları unutmayıb və ona Benjamin Netanyahunun “arxa üzü” kimi baxırlar. Bu düşüncələrində isə haqsız deyillər. Məsələ burasındadır ki, 2005-ci ildə Benjamin Netanyahunun vəkili olaraq siyasətə girən Bennet onun 12 illik hökumətləri dövründə müxtəlif vəzifələrdə, o cümlədən İqtisadiyyat və Milli Təhsil naziri kimi çalışıb. Keçmiş hökumətlərin ən aşırı üzvü kimi tanınıb. Hakimiyyətdə olduğu illərdə fürsətdən yararlanaraq qurduğu texnologiya şirkəti sayəsində dollar zəngininə çevrilib. Son parlament seçkilərində 7 deputatı ilə yeni hökumət quruculuğunda həlledici məqam yaxalayan Bennet bu fürsətdən yararlanaraq ən yüksək posta – Baş nazirliyə yüksəlməyə çalışıb, həm Benjamin Netanyahu, həm də “Gələcək Var” partiyasının lideri Yair Lapidin hökumət qurma sövdələşmələrində iştirak edib. Sonunda ona ilk 2 illik Baş nazir postunu verməyə razı olan Yair Lapidlə müttəfiqliyə gedib. Bu mənada onun rəhbərliyi altında qurulaması gözlənilən koalisiya hökumətinin də uzağı 2 il ömrü olacağına inanılır.
Qeyd edək ki, indiki Baş nazir Benjamin Netanyahu son parlament seçkilərində ən çox səs toplayan partiya lideridir. O, seçkiyə qatıldığı müttəfiqləri ilə 59 deputat çıxarıb. Hökumət qurması üçün daha 2 səsə ehtiyacı olduğu halda köhnə vəkili və kabinet üzvü Bennet ona bunu çox gördü. Nəticədə ölkə prezidenti Rivlin qanunvericiliyin tələbindən çıxış edərək hökumət qurmaq səlahiyyətini Netanyahunun rəqibi Yair Lapidə tapşırdı. Bennet də ilk 2 illik müddətdə Baş nazir olmaq şərti ilə onunla anlaşdı.
Siyasi müşahidəçilərin fikrincə, bir-birinə zidd 8 partiyadan təşəkkül tapan yeni koalisiya hökumətinin qurulması Netanyahudan yaxasını qurtarmaq istəyən ABŞ-ın da maraqlarına uyğundur. Belə ki, Netanyahu Yaxın Şərqdə ərəb və İran düşmənçiliyində israrlı mövqeyi ilə strateji müttəfiqi ABŞ-ı da bataqlığa sürükləyir. Bu da nəticə etibarilə həm ABŞ-ın hərbi büdcəsinə böyük zərər verir, həm də onun dünyadakı yumşaq gücünü zəiflədir və rəqiblərinə daha çox üstünlük qazandırır. Təsadüfi deyil ki, Obamanın ikinci hakimiyyəti dövründə İsrailin bu mövqeyi ABŞ tərəfindən rədd edilir və nəticədə iki strateji müttəfiq arasında ciddi ziddiyyətlər meydana çıxırdı. Obamanın məhz bu səbəbdən İranla nüvə sazişi bağlayaraq, münasibətləri yumşaltmağa çalışdığı belə, istisna edilmir.
Obamadan sonra yəhudi lobbisinin dəstəyi ilə hakimiyyətə gətirilən Tramp bu sazişi ləğv etsə də ABŞ-ın yeni prezidenti Co Bayden yenidən həmin anlaşmaya qayıtmaq yolunu tutmaq niyyətindədir. Baydenin bu mövqeyi bir neçə gün əvvəl Netanyahunun sərt təpkisi ilə qarşılanmışdı. İsrailin indiki Baş naziri açıq şəkildə bəyan etmişdi ki, ABŞ-la kəllə-kəlləyə gəlsələr belə, İranın nüvə proqramını qarşı siyasətlərini sürdürəcəklər.
Açıq şəkildə strateji müttəfiqini hədəfə alan Netanyahunun bu ifadələrinə cavab özünü çox gözlətməmişdi. Dünən ənənəvi gündəlik mətbuat konfransında çıxış edən Ağ evin sözçüsü Jen Psaki Tramp hakimiyyətinin İranla bağlanan nüvə sazişini dayandırmasını səhv adlandırmış və yeni administrasiyanın Obama dövründəki siyasətə qayıdacağını bildirmişdi. Psakinin fikrincə, nüvə sazişi ABŞ-a İranın nüvə pro qramına nəzarət imkanı verir və Vaşinqton bu fürsətdən faydalanmağa çalışacaq: "İranla diplomatik bir razılaşma əldə edərək bu nəzarət qabiliyyətini bərpa etmək istəyirik. Bunu yenidən bərpa etdikdən sonra son illərdə olduğu kimi İsraili məlumatlandırmağa davam edəcəyik. Məsələ ilə bağlı mövqeyimiz isə dəyişməyib”, - Psaki dünənki mətbuat konfransında vurğulamışdı.
Netanyahunun hakimiyyətdən uzaqlaşdırılmasında ABŞ-ın digər geosiyasi və iqtisadi maraqları da var və növbəti şərhlərimizdə bu məqamlara işıq tutmağa çalışacağıq.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar