Xəbər lenti

Şimali İrlandiyanın Demokratik Birlik Partiyası (DBP) Böyük Britaniyanın baş naziri Tereza Meyi və hakim Mühafizəkarlar Partiyasını parlament seçkilərindən sonra koalisiya hökuməti formalaşdırmaq məsələsində dəstəkləyəcəyini elan edib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, iclas zamanı DBP nümayəndələri bütün Birləşmiş Krallıq naminə hərəkət edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, daha əvvəl T.Mey DBP-yə koalisiya hökuməti qurmaq təklifi ilə müraciət edib.

İndi Birləşmiş Krallığı "asılı" parlament gözləyir, başqa sözlə, heç bir partiya 650 mandatlıq parlamentdə çoxluq (326 mandat) əldə edə bilməyib. 

  




Ana səhifəyə qayıt        Baxış: 876          Tarix: 9-06-2017, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma