![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
6-02-2025, 15:45
6-02-2025, 14:20
![](/uploads/posts/2021-06/1623869505_mus.jpg)
ABŞ prezidenti Baydenlə görüşdən sonra mediaya açıqlama verən Rusiya prezidenti Putin danışıqların "konstruktiv" və “məhsuldar” keçdiyini bildirib.
Ovqat.com-un məlumatına görə, iki lider arasında "düşmən münasibət" olmadığını deyən Putin, hər iki tərəfin bir-birini anlamağa çalışdıqlarını söyləyib.
Tərəflərin konkret razılığa gəldikləri məsələlər də var. İlk belə müsbət hadisə hər iki tərəfin “persona non grata” etdikləri səfir və diplomatların geri qayıtmasına şərait yaradılması ilə bağlıdır. Putinin sözlərinə görə, diplomatlar qısa müddət ərzində öz vəzifələrinə dönə biləcəklər.
Putin həmçinin vurğulayıb ki, iki ölkə arasındakı gərginliyin azaldılması ilə barədə də razılıq əldə edilib.
Danışıqlarda prezidentlər Ukrayna vəziyyətindən nüvə strateji sabitliyinə qədər fərqli məsələlərin müzakirə olunduğunu qeyd edən Putin, Baydenin insan hüquqları mövzusunu da gündəmə gətirdiyini gizlətməyib.
Ukrayna məsələsi
Moskvanın Ukrayna ilə münasibətləri Minsk qrupu prinsipləri çərçivəsində həll etməyə çalışdığını bildirən Putin Kiyevi bu məsələdə konstruktiv mövqe tutmamaqda günahlandırıb. Onun iddiasına görə, Ukrayna Minks qrupunun tələblərini yerinə yetirməkdən yayınmaq üçün müxtəlif bəhanələr və ön şərtlər irəli sürür.
“Hələ ötən ilin noyabr ayında Ukrayna nümayəndə heyəti Minsk sazişlərini necə həyata keçirməyi düşündüyü barədə öz mülahizələrini təqdim edib. Bu, məxfi sənəd deyil, orada yazılıb ki, ilk növbədə Donbassın Ukrayna hüquqi sisteminə və konstitusiyaya siyasi inteqrasiyasına dair təkliflər təqdim edilməlidir. Bunu etmək üçün Konstitusiyanın özündə dəyişiklik etmək lazımdır – orada belə yazılıb”, - deyə Putin bildirib.
"Ukrayna nə təklif edir? O, Ukrayna Silahlı Qüvvələrinin daimi dislokasiya yerlərinə qaytarılmasını ilkin şərt kimi təklif edib. Bu nə deməkdir? Bu o deməkdir ki, Ukrayna ordusu Donbassa getməlidir. Bu, birincisi. İkincisi, onlar bundan sonra Rusiya ilə Ukrayna arasında sərhədi bağlamağı təklif ediblər. Üçüncü şərtləri isə bu iki addımdan üç ay sonra seçkilərinin keçirilməsidir", - deyə Putin bildirib ki, bu tələblərin Minsk razılaşmaları ilə heç bir əlaqəsi yoxdur.
"Bizim Ukrayna ilə bağlı öhdəliyimizə gəlincə, yalnız bir planımız var - Minsk razılaşmalarının həyata keçirilməsinə kömək etmək. Əgər Ukrayna tərəfi buna hazırdırsa, biz də bu yolla gedəcəyik, şübhəsiz", - deyə Rusiya lideri bildirib.
Maraqlıdır ki, ABŞ prezidenti Co Bayden də görüşdən sonra keçirdiyi mətbuat konfransında Ukrayna məsələsinin Minks qrupunun tələbləri çərçivəsində həllini dəstəklədiyi bəyan edib. Bu da ABŞ prezidentinin Ukraynanın indiki maksimalist hakimiyyətini Moskvaya qurban verdiyi anlamına gəlir. Yeri gəlmişkən bu, Co Baydenin son 2 gün ərzində Ukraynalı həmkarı Zelenskini ikinci dəfə xəyal qırıqlığına uğratması faktıdır. Bundan əvvəl NATO-nun liderlər sammiti bitər-bitməz Zelenski tələsik açıqlama verərək, alyansa qəbul olunduqlarını bildirmişdi. Üzərindən az keçməmiş Co Bayden onu yalanlamış, bu məlumatın həqiqəti əks etdirmədiyini, alyansa üzv olmaq üçün Ukraynanın qarşısında korrupsiyaya qarşı effektli mübarizə və digər öhdəliklərin dayandığını xatırlatmışdı.
Navalninin vəziyyəti
Putinin bildirdiyinə görə, rus müxalif blogger Aleksey Navalninin taleyi də iki lider arasında müzakirə mövzularından biri olub. Mətbuat konfransında Putin, Navalinin azadlığa buraxılmayacağını bildirərək, bu məsələdə ABŞ prezidenti ilə ortaq məxrəcə gələ bilmədiklərini dolayısıyla etiraf etmişdi. Putinin fikrincə, Navalni Rusiya qanunlarına qəsdən məhəl qoymadığı üçün cəzalandırıb, və belə də olmalıdır: "Bu adam mövcud qanunları pozduğunu bilirdi. Almaniyada xəstəxanada müalicə alındıqdan sonra məhkəmə nəzarəti şərtlərini yerinə yetirmir, özünü istədiyi kimi aparırdı”, - Putin belə düşünür.
Nüvə silahlarının azaldılması
Putin, nüvə silahlarının azaldılması müqaviləsinin yenilənməsinə dair danışıqların aparılması barədə də razılığın əldə olunduğunu açıqlayıb. Onun bildirdiyinə görə, ABŞ və Rusiyanın xarici işlər nazirlikləri bu istiqamətdə danışıqlar aparacaq.
“Rusiya və ABŞ-ın yanvar ayında uzadıldığı Strateji Silahların Azaldılması Müqaviləsi (NEW START) müqaviləsi 2026-cı ilə qədər qüvvədə olacaq. Nəzərdə tutulan danışıqların məqsədi bu tarixdən sonra müqavilənin müddətini uzatmaqdır”, - Putin bildirib.
ABŞ Prezidenti C Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında İsveçrənin Cenevrə şəhərində keçirilən zirvə görüşü üç saat davam edib.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər