Xəbər lenti

 
Rusiya prezidenti Vladimir Putin Ukraynalı həmkarı Vladimir Zelenskinin Donbass probleminin birgə müzakirəsi ilə bağlı təklifinə elə “müsbət” reaksiya verdi ki, bunu yalnız rədd cavabı kimi qiymətləndirmək olar.
 
Ovqat.com xəbər verir ki, Putin həmkarına ilk öncə bu məsələni Luqansk və Donetsk rəhbərliyi ilə müzakirə etməyi məsləhət bilib.
 
Yalnız bundan sonra Rusiya kimi üçüncü ölkələrin liderləri ilə də bu məsələni müzakirə etmək olar” lazımdır”,-deyə Rusiya prezidenti əlavə edib.
 
Bununla belə, Putin Ukrayna və Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsinə hər zaman hazır olduğunu vurğulayıb: “Söhbət ikitərəfli münasibətlərdən gedirsə, Ukrayna prezidentini onun üçün əlverişli olan istənilən zamanda Moskvada qəbul edə bilərik”.
 
Qeyd edək ki, Putinin Donbass probleminin müzakirə edəcək əsas tərəf kimi separatçı qüvvələri göstərməsi Kiyevin onların legitimliyini tanımağa çağırmaqla eyni anlama gəlir. Ukrayna hakimiyyətinin bununla razılaşmayacağı şübhə doğurmur. Bu mənada Putinin “hə” cavabının altında əslində “xeyr” yatır.


Ana səhifəyə qayıt        Baxış: 5 711          Tarix: 22-04-2021, 20:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma