Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Son 24 saat ərzində Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin (ANSF) ölkənin bir neçə vilayətində apardığı hərbi əməliyyatlar nəticəsində 258 Taliban terrorçusu öldürülüb və 156 nəfər yaralanıb.
Əfqanıstan Müdafiə Nazirliyi Twitter hesabında bildirib ki, terrorçular Nangarhar, Laghman, Faryab və Helmand da daxil olmaqla bir neçə vilayətdəki döyüşlərdə öldürülüb. Bundan əlavə, 76 əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.
Cümə axşamı günü isə Zabul vilayətinin Şah Coy və Şinkay bölgələrində aparılan təmizləmə əməliyyatlarında 19 Taliban terrorçusu məhv edilib, 8 nəfər yaralanıb. Helmand vilayətində aparılan digər əməliyyatlarda "Əbdül Rəhman" adlı məşhur komandir daxil olmaqla 19 Taliban terrorçusu öldürülüb. Pentaqonun yüksək vəzifəli şəxsləri iki gün əvvəl bildirib ki, Əl-Qaidə kimi terror qruplaşmaları beynəlxalq qoşunlar ölkədən tam çıxarıldıqdan iki il sonra Əfqanıstandan ABŞ-a və müttəfiqlərinə təhlükə yaradacaq.
ABŞ müdafiə naziri Lloyd Austin dünən Konqresdəki dinləmələrdə deyib ki, onların bu qabiliyyəti inkişaf etdirmələri üçün iki il vaxt lazım olacaq.
/azpolitika.info/
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar