Xəbər lenti

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının növbəti – 20-ci qurultayında çıxış edən Vladimir Putin qarşıdan gələn parlament seçkilərində partiyanın siyahısına liderliyə namizəd beş şəxsin adını təklif edib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Rusiya dövlət başçısı hesab edir ki, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova, “İstedad və Uğur” təhsil fondunun rəhbəri Yelena Şmeleva və Kommunardakı xəstəxananın rəhbəri Denis Proçenkonun adı Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın federal siyahısında lider olmalıdır.

“Mənim fikrimcə, bu siyahı, xüsusilə də ilk beşlik, siyasətdə çoxdan yer alan insanlardan - bizdə belə şəxsləri siyasi ağırçəkililər adlandırırlar, bir də inkişafımızın, həyatımızın vacib istiqamətini təmsil edən yeni insanlardan təşkil olunmalıdır”, - deyə V. Putin vurğulayıb.

“Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev isə prezident tərəfindən səsləndirilən partiya siyahısının lider beşliyinin onların birgə təşəbbüsü olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına növbəti seçkilər bu ilin 19 sentyabrında keçiriləcək.

/Oxu.az/



Ana səhifəyə qayıt        Baxış: 3 471          Tarix: 19-06-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma