[spoiler][/spoiler]ABŞ Tayvana 1,4 mlrd. dollar dəyərində silah satacağını, lakin, “vahid Çin” siyasətindən imtina etməyəcəyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.
Administrasiya Konqresi ümumi dəyəri 1,4 mlrd. olduğu 7 kontrakt barədə məlumatlandırıb. Lakin mən qeyd etməliyəm ki, bizim “vahid Çin” siyasətimiz dəyişməzdir. Yəni burada siyasətin vərəsəliliyi var, ABŞ təxminən 15 ildir ki, Tayvana müdafiə texnologiyaları satır”.