Xəbər lenti

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 6,493 mln. ton həcmində xam neft ixrac edib.

Ovqat.com məlumatına görə“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin dəyəri 2,616 mlrd. ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neftin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,86% azalıb, dəyəri isə 38,76% artıb. Bu ilin dörd ayında xam neft Azərbaycanın ümumi ixracının 76,26%-ni tutub.

Qeyd edək ki, Azərbaycanın ümumi ixracı ilk 4 ayda 41% artaraq 3,431 mlrd. dollara çatıb.

 




Ana səhifəyə qayıt        Baxış: 981          Tarix: 11-05-2017, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma