Xəbər lenti

 
 
Ölkəsini tam xarici nəzarətə vermişsə, Zelenski ilə niyə görüşməliyik? Ukrayna həyatının əsas məsələləri Kiyevdə deyil, Vaşinqtonda, qismən də Berlində və Parisdə həll olunur. Elədirsə, biz Zelenski ilə nə danışmalıq? " 
 
Ovqat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarının dialoq təklifini şərh edərkən belə deyib.
 
İctimaiyyətlə birbaşa xətt formatında sualları cavablandıran Putin qeyd edib ki, Zelenski ilə görüşməkdən imtina etmir, sadəcə görüş zamanı nədən danışacaqlarını anlaya bilmir. O, danışılacaq mövzunun  aydın olacağı təqdirdə, bu cür görüşlərə razılıq verəcəyini diqqətə çatdırıb.
 
Putin Ukraynanın niyə Rusiyaya dost olmayan ölkələr siyahısına daxil edilməməsinin səbəbinə də aydınlıq gətirib: “Ukraynalılarla ruslar eyni xalqdırlar”. 
 
Putin sualları cavablandırarkən Böyük Britaniyanı açıq şəkildə təhdid edib. Onun sözlərinə görə, Rusiya Qara dənizdə onun ərazi sularına girən ingilis hərbi gəmisini batırsaydı, III Dünya müharibəsi çıxmazdı: “Çünki bu adamlar (NATO qüvvələri) həmin müharibədən qalib çıxa bilməyəcəklərini bilirlər. Biz də nə uğrunda mübarizə apardığımızı bilirik: gələcəyiniz və əraziniz üçün. Başqalarının ərazilərinə yaxınlaşan da biz deyildik. Onlar bizim bölgə sularımıza girirlər”.
 
Elədirsə, Rusiya niyə ingilis gəmisini batırmadı?
 
Putinin bu suala cavabı: “Hər şeydən öncə, bunun bir təxribat olduğu aydın idi. İngiltərədən başqa əlavə, bu təxribatda amerikalılar da iştirak edirdilər”. 
 
Dolayısıyla, Rusiya lideri ABŞ-ın təxribatına çəkilə biləcəklərindən ehtiyatlandıqlarını etiraf edib.
 
Rusiya prezidenti ABŞ lideri Co Baydenlə bu yaxınlarda Cenevrədə keçirdikləri görüşü xatırladaraq deyib: “Bu, bir siyasi dialoqun komponenti idi. Elədirsə, niyə bu cür təxribatlar törədirlər? İnsanların Krım seçiminə hörmət etmədiklərini vurğulamaq üçünmü?”, - deyə Putin soruşub.
 
Putin Rusiyanın Ukrayna sərhədləri yaxınlığında təlimlər keçirməsi ilə bağlı Qərb ölkələrinin hay-küy qaldırdığını qeyd edərək bildirib: “Mən qoşunların təlim meydançalarından çəkilməsini əmr etdim. Onlar isə bundan sonra bizim sərhədlərimizə yaxınlaşdılar”.
 
Prezident digər "daha fundamental bir məsələnin onu narahat etdiyini" bildirib. Söhbət "Ukrayna ərazisinin hərbi yolla Qərb ölkələri tərəfindən mənimsənilməsinə başlanmasından" gedir. Onun sözlərinə görə, bu, Rusiyanın təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır.


Ana səhifəyə qayıt        Baxış: 5 808          Tarix: 30-06-2021, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma