Xəbər lenti


“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.



Ana səhifəyə qayıt        Baxış: 3 264          Tarix: 14-07-2021, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma