Xəbər lenti

Rusiya ilə Türkiyə arasındakı əməkdaşlığın bir çox qarşılıqlı faydalı mövzularda inkişaf etdiyini görməkdən məmnunuq.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson deyib.

"Buraya hərbi-texniki sahədə əməkdaşlıq da daxildir. Birgə layihələrin həyata keçirilməsi, xüsusilə də 2019-cu ildə S-400 “Triumf” tipli hava hücumundan müdafiə sisteminin Ankaraya çatdırılması, ölkələrimizin bu sahədə əməkdaşlığı hərtərəfli inkişaf etdirmək əzmini nümayiş etdirir.

Bunun üçün önəmli bir potensial görürük. Xarici təzyiqlərə baxmayaraq öz müdafiə bacarıqlarını təmin edən türk ortaqlarımızın münasibətini qiymətləndiririk", - Pilipson bildirib.


Ana səhifəyə qayıt        Baxış: 3 507          Tarix: 5-08-2021, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma