Xəbər lenti

İsrailin xarici işlər naziri Yair Lapid sabah Mərakeşə səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, avqustun 11-də Mərakeş Krallığında İsrail dövlətinin səfirliyi açılacaq. İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Rabatda diplomatik nümayəndəliyin açılışında iştirak edəcək.

Yair Lapid səfər öncəsi bildirib ki, İsrail nümayəndə heyətinin bu tarixi səfəri Mərakeşin yəhudi icması ilə yerli ərəblərin dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.


Ana səhifəyə qayıt        Baxış: 1 952          Tarix: 10-08-2021, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma