Xəbər lenti
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
ABŞ Əfqanıstan prezidenti Əşrəf Qanini istefa verməyə çağırıb.
Ovqat.com xəbər verir ki, məlumat Qani hökumətinə yaxın qaynaqlar tərəfindən yayılıb.
Regional mənbələrin iddiasına görə, Vaşinqtonun məqsədi “Taliban”la 6 aylıq atəşkəsə nail olmaq və onun rəhbərliyi altında keçid hökuməti qurmaqdır.
Qeyd edək ki, “Taliban” Əfqanıstanın bir çox vilayətlərini ələ keçirə-keçirə paytaxt Kabilə yaxınlaşır. Bəzi proqnozlara inansaq, 3-4 gün ərzində Kabilin də “Taliban”ın əlinə keçmə ehtimalı var və Qani hökuməti dəfələrlə müraciət edərək hakimiyyətdən ona pay verməyə hazır olduğunu vurğulayıb. Öz gücünə həddindən çox arxayın olan “Taliban” isə Qani hökumətindən “sədəqə” almaq niyyətində deyil.
Dünən ABŞ prezidenti Co Bayden açıqlama verərək Qani hökumətini “Taliban”la baş-başa buraxıb Amerika əsgərlərini Əfqanıstandan çıxarmaqdan peşman olmadığını bildirmişdi. O vurğulamışdı ki, son 20 il ərzində ABŞ Əfqanıstan ordusunun formalaşması və “Taliban”ın kökünü kəsmək 1 trilyon dollardan çox vəsait xərcləyib. Əfqan ordusunu ən müasir silahlarla təchiz edib. Əsgərlərin sayı da “Taliban”dan dəfələrlə çoxdur. Bundan sonra özləri öz mübarizələrini aparmaq iqtidarındadırlar və ABŞ uzaq başı əfqan ordusuna hava dəstəyi verə bilər.
Bu gün Əfqanıstandan gələn xəbərlər Vaşinqtonun öz mövqeyini dəyişdiyini, “Taliban” reallığı ilə razılaşdığını və Qani hökuməti ilə üzülüşmək qərarına gəldiyini göstərir. Sözsüz ki, ABŞ-ın qərarını dəyişməsi təsadüfi deyil və bu, “Taliban” qüvvələrinin ölkə ərazisini ələ keçirməsinin sürətindən qaynaqlanır. Məlumatlara inansaq, “Taliban” bir sıra vilayətləri və şəhərləri ciddi müqavimətlə qarşılaşmadan ələ keçirir. Bəzi bölgələrdə ağsaqqallar araya girir və hökumət qüvvələrini silahı yer qoyub müqavimət belə göstərmədən postları “Taliban”a verməyə razı salırlar.
Şəkildə: Talibanın ələ keçirdiyi Su-22M4 tipli səsdəniti rus bombardmançısı
Yerli mənbələrdən alınan son məlumatlara görə, ABŞ-ın Qani hökumətini istefaya çağırması iddiaları yayılandan sonra “Taliban” Əfqanıstanın bütün əyalət mərkəzlərinə doğru irəliləməyə qərar verib. Artıq Paktiya, Xost, Logar, Vardak, Uruzgan, Bamyan, Faryab, Nangarhar, Nuristan və Kunar əyalət mərkəzləri mühasirə altındadır və “Taliban” qüvvələri səsgücləndirilər vasitəsilə yerli rəhbərləri təslim olmağa çağırırlar.
Digər bir məlumata görə, “Taliban” əraziləri müharibəsiz təslim etmək üçün ölkənin bir çox bölgələrində yerli lider və qəbilələrlə danışıqlar aparır.
Ən son məlumatlara görə, “Taliban” bu gecə Əfqanıstanın ən əhəmiyyətli şəhərlərindən olan Qəndəhar və Ləşkargahı ələ keçirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar