Xəbər lenti

 
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı “Qərb 2021” təlimlərinin təfərrüatlarını açıqlamağa çağırıb.
 
Ovqat.com-un məlumatına görə, Baş katib çağırışını Baltikyanı ölkələrin, Polşa və Ukraynanın narahatlığının artması səbəbiylə əlaqələndirib. 
 
Onun fikrincə, qonşu dövlətlərin narahatlığına son qoymaq üçün Moskva təlimlərin məqsədini, tapşırıqlarını və digər detalları açıqlamağa borcludur. Ümumiyyətlə, Rusiya "özünü proqnozlaşdırıla biləcək” şəkildə aparmalıdır. "Reallıq budur ki, Soyuq Müharibə bitdikdən sonra Rusiya heç vaxt təlimlər mütləq müşahidə üçün açmayıb", - deyə o bildirib.
 
Xatırladaq ki, Rusiya və Belarusun birgə planlaşdırdıqları "Qərb - 2021" strateji təlimləri 10-16 sentyabr tarixlərində hər iki ölkənin hərbi poliqonlarında keçiriləcək. Təlimlərə təxminən 200 min hərbi qulluqçu, 80-dən çox təyyarə və vertolyot, 760-a qədər hərbi texnika qatılacaq. Bunlaran 13 min hərbi qulluqçu, 30 -dan çox təyyarə və vertolyot, 350 -ə qədər hərbi texnika Belarus ərazisində öz məharətlərini sınaqdan çıxaracaq. Təlimlərin konsepsiyası şərti dövlətə qarşı hərbi-siyasi vəziyyəti gərginləşdirmək üçün mümkün variantlardan birinə əsaslanır.
 
Moskva və Minsk təlimlərin heç kimə qarşı yönəlmədiyini, qarşıdakı manevrlərdən müdafiə xarakteri daşıdığını bəyan ediblər. 
 
Belə görünür ki, NATO Rusiyanın bu açıqlamalarına ya inanmır, ya da yetərli hesab etmir.


Ana səhifəyə qayıt        Baxış: 3 833          Tarix: 3-09-2021, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma