Xəbər lenti

 İraqın Mosul şəhərində məktəbə raket hücumu nəticəsində 81 nəfər həlak olub.

Ovqat.com FaktXeber.com-a istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi hüquq mühafizə orqanlarında mənbələrə istinadla xəbər verib.
Agentlik bildirir ki, hücum şəhərin qərb hissəsində İŞİD-in nəzarətində olan Əl-Vəla məktəbinə edilib.
Raketi kimin atdığı hələ bəlli deyil. Bildirilir ki, rayonda terrorçular və iraqlı qüvvələr arasında qarşıdurma ilə əlaqədar dinc sakinlər məktəbə sığınıblarmış.
Qurbanlar arasında 34 kişi, 29 qadın və 18 uşağın olduğu bildirilir.
 Xatırladaq ki, Mosulun İŞİD-çilərdən təmizlənmə əməliyyatı artıq 6 aydın ki, davam edir. Bundan əvvəl KİV-də yayılan informasiyaya görə, bu müddət ərzində 16 min dinc sakin həyatını itirib,19 min insan isə yaralanıb.




Ana səhifəyə qayıt        Baxış: 1 187          Tarix: 5-05-2017, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma