Xəbər lenti

  

G-20 (“Böyük iyirmilik”) sammitində Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın birinci görüşü planlaşdırılıb. Görüş ABŞ prezidentinin impiçmenti haqqında şayiələrin fonunda olacaq. Tramp məhz Rusiya ilə əlaqələrdə ittiham olunur.

Publika.az xəbər verir ki, “eurasia.expert” saytına müsahibə verən ABŞ-ın ən məlum siyasi proqnozçulardan biri Alan Lixtman görüşdən gözləntilərini açıqlayıb.

Amerika politoloqu və ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorun məsləhətçisi Alan Lixtman 1984-cü ildən ABŞ-da 9 dəfə keçirilən prezident seçkilərinin nəticəsini düzgün proqnozlaşdırması ilə tanınır. Lixtman 2016-cı ildə də səhv etmədi və Trampın qələbəsini proqnozlaşdırdı.

Politoloq Trampın və Putinin görüşündən əhəmiyyətli nəticələr gözləmədiyini dilə gətirib. Onun sözlərinə görə, Ukrayna və Suriya kimi mürəkkəb məsələlər ən yaxşı halda sonrakı görüşlərin gedişatında müzakirəyə çıxarıla bilər.

Alan Lixtman hesab edir ki, ABŞ və Rusiya arasında münasibətlərin gələcəyini qabaqcadan xəbər vermək mümkün deyil: “Çünki Tramp əhəmiyyətli məsələlər üzrə tez-tez Dövlət Departamenti ilə üz-üzə gəlir. Rusiya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi Konqresin Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. ABŞ Senatı böyük səs çoxluğu ilə (100 senatordan 97-si qanun layihəsini dəstəkləyib - red.) sanksiyaları dəstəkləyib. Əsas məsələ budur: Tramp qanunu imzalayacaqmı? Onun cavabı Amerika - Rusiya münasibətlərinin konturlarını göstərəcək”.

Ən yaxın perspektivdə dünyanın nizamının necə dəyişəcəyinə və yeni müharibənin mümkünlüyünə gəlincə, politoloqun proqnozları yaxşı deyil: “Dünya hətta nüvə silahının tətbiqi ilə amansız qarşıdurmanın kandarına yaxınlaşıb. Müharibə təhlükəsi yalnız ABŞ və Rusiya arasında deyil, həm də Şimali Koreya və Cənubi Koreya ilə ABŞ arasında var. Şimali Koreya nüvə silahı və onun çatdırılması vasitələrinin inkişafını dayandırmayıb. Tramp administrasiyası ən azından, hərbi cavab imkanına işarə edib. Bu, dəhşətli qurbanlara gətirib çıxara bilər”.




Ana səhifəyə qayıt        Baxış: 921          Tarix: 4-07-2017, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma