Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Rusiya Baş nazirinin müavini Aleksandr Novak Avropada yaşanan enerji böhranının ənənəvi enerji mənbələrindən vaxtından əvvəl imtina etmək çağırışlarından qaynaqlandığını bəyan edib.
"AzPolitika.info" xəbər verir ki, o, “Rusiya 24” kanalına verdiyi müsahibədə bildirib ki, nəinki Avropada, həm də Asiyada qiymətlərin kəskin artması ənənəvi enerji daşıyıcılarının bazarda kifayət qədər olmaması ilə bağlıdır: "Bu isə ilk növbədə balanslaşdırılmayan planlaşdırmanın nəticəsidir, bazara olan təzyiqin əsas səbəbi budur. Ənənəvi enerji mənbələrindən imtina etmək çağırışları səsləndirildiyi, bu sahələrə yatırımların azaldılmasının təşviq edilməsi fonunda gərək düşünüləydi ki, birdən hansısa səbəblərdən ehtiyac artsa, bazardakı tələb necə qarşılanacaq? Əlbəttə, bu məsələ daha uzun dövrlər üçün güvənli olmalı və inkişaf etdirməlidir ki, indi yaşanan hallarla üzləşilməsin”.
Novakın sözlərinə görə, planlaşdırma məsələlərində daha diqqətli olmaq lazımdır: "Enerji keçidinin daha hamar bir formada keçidinə nail olmaq məqsədəuyğundur – direktiv halda deyil, yeni texnologiyaların ucuzlaşması, onların tədricən inkişafı nəzərə alınmaqla bazar keçidi təmin edilməlidir. Enerji təhlükəsizliyi incə bir məsələdir. Bütün nüansları nəzərə almaq və çox diqqətlə planlaşdırmaq vacibdir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar