Xəbər lenti

Avropa İttifaqı (Aİ) liderləri qeyri-qanuni miqrasiyaya görə Belarusa qarşı yeni sanksiyaları dəstəkləyiblər.

"Azadlıq" radiosu xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, AB liderlərinin oktyabrın 22-də keçirilən zirvə toplantısından sonra blokun Lukaşenkoya qarşı təzyiqləri davam etdirəcəyini deyib. O, Belarusun avtoritar rəhbərini miqrantları Avropaya yönəltməklə qisas almaqda günahlandırıb.

Minlərlə qeyri-qanuni miqrant Belarusdan - əsasən qonşu Litva və Polşaya keçib və bu, iki Aİ üzvünü fövqəladə vəziyyət elan etməyə və sərhədlərini möhkəmləndirməyə sövq edib. Aİ hesab edir ki, bu ötən prezident seçkilərindən sonra müxalifətə qarşı amansız repressiyalara əl atan Lukaşenko və onun hökumətinə qarşı qarşı tətbiq etdiyi sanksiyalara Lukaşenkonun cavabdır.

Təxminən beş saat davam edən müzakirələrdən sonra Aİ liderləri yekun bəyanatda Belarus rejiminin hibrid hücuma qarşı, o cümlədən digər hüquqi şəxslərə qarşı mübarizəni davam etdirməyə, əlavə məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar.


Ana səhifəyə qayıt        Baxış: 3 369          Tarix: 23-10-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma